Magistratura imtahanlarının vaxtı dəyişdirildi

Magistratura imtahanlarının vaxtı dəyişdirildi
11:34 6 Yanvar 2015
146 Sosial
Ölkə mətbuatı
A- A+

I Avropa oyunları ilə əlaqədar universitetlərin magistratura pilləsinə keçiriləcək qəbul imtahanlarının vaxtında dəyişiklik edilib. Lent.az-ın məlumatına görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının şöbə müdiri Natiq Əliyev bildirib.

 

N.Əliyev deyib ki, I Avropa Oyunlarının Bakıda keçirilməsi ilə bağlı magistratura səviyyəsinə qəbul imtahanlarının qrafikində dəyişiklik nəzərdə tutulur. Onun sözlərinə görə, ötən il magistraturaya qəbul imtahanının I mərhələsi mart ayında keçirilmişdisə, bu il imtahanın ilk mərhələsinin fevralın sonunda aparılması nəzərdə tutulur. N.Əliyev qeyd edib ki, magistratura pilləsinə qəbul imtahanının II mərhələsi isə ötən il mayın sonunda təşkil olunmuşdusa, bu il imtahanın aprelin sonu və ya mayın əvvəlində aparılması nəzərdə tutulur.

TQDK-nın şöbə müdiri bu il magistratura pilləsi üzrə qəbul planı barədə də məlumat verib: “Hazırda cari il qəbul aparılacaq ixtisaslarının sayı müəyyənləşdirilir. Qəbul siyahısında yeni ixtisaslaşmalarla bağlı elə bir dəyişiklik yoxdur. Amma magistratura pilləsinə qəbul aparılacaq ixtisasların sayı və qəbul planı barədə dəqiq məlumat martın sonu və ya aprelin əvvəlində veriləcək”-deyə, N. Əliyev əlavə edib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR