Gəmini bir həftədir ki, söndürmək mümkün olmur

Gəmini bir həftədir ki, söndürmək mümkün olmur
11:41 6 Yanvar 2015
159 Dünya
Ölkə mətbuatı
A- A+

Bir neçə gün öncə Adriatik dənizində hərəkət edən zaman yanmağa başlayan Norman Atlantik gəmisinin aşağı qatlarında alovu hələ də söndürmək mümkün olmayıb.

Xilasedicilər gəminin aşağı qatlarında meyitlərin qala biləcəyi şübhəsi ilə axtarışları davam etdirirlər. Azı 19 nəfər itkin hesab olunur. Lakin yanğının davam etməsi axtarış prosesini daha da çətinləşdirir. Yanğının tamamilə sönməsi isə, hələ bir neçə gün də davam edə bilər. Gəmi hazırda İtaliyanın Brundizi limanına gətirilib.

Qeyd edək ki, Yunanıstan sahillərində baş verən hadisə nəticəsində 11 nəfər ölmüşdü. Yanğın baş verən zaman gəmidə 5 yüzə yaxın qanunsuz mühacir olub.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR