Azərbaycanda ABŞ-ın vergi administrasiyası ilə əməkdaşlıq edəcək bankların sayı artıb

Azərbaycanda ABŞ-ın vergi administrasiyası ilə əməkdaşlıq edəcək bankların sayı artıb
11:43 6 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 6 yanvar /Trend, müxbir Azad Həsənli/

ABŞ Daxili Gəlirlər İdarəsinin (IRS) sisteminə qoşulan Azərbaycan şirkətlərinni siyahısı genişlənib. Bu barədə Trend-ə IRS-dən məlumat verilib.

İki broker şirkəti "Chelsea Capital" və "Brokdil-AZ", "Euro Bank" ASC, eləcə də "International Transaction System" şirkəti sistemdə qeydiyyatdan keçib.

Bir müddət əvvəl Azərbaycan və IRS amerikalı rezidentlərin xarici hesablarına vergi qoyulması haqqında FATCA qanunu üzrə razılaşma məldə ediblər. 2010-cu ildə ABŞ Konqresi tərəfindən qəbul edilmiş sənəd cari ilin iyul ayının 1-dən dünyanın bütün ölkələrinin banklarının üzərinə belə hesablar haqqında IRS-ə məlumat vermək öhdəliyi qoyur. Əks təqdirdə onlara sanksiyalar tətbiq ediləcək. Öz banklarındakı amerikalıların hesabları haqqında məlumatların ötürülməsindən imtina edən ölkələrin üzləşəcəkləri sanksiyalar bu il iyulun 1-dən qüvvəyə minir.

Bu gün sistemdə qeydiyyatdan keçən bankların sayı 43-ə (ölkədə 44 bank fəaliyyət göstərir) çatıb.

Artıq "Naxcivanbank", "Kauthar Bank", "Bank Respublika", "Bank VTB (Azərbaycan)", "AGBank", "Bank BTB", "Rabitabank", "Bank of Azerbaijan", "Unibank", "YapiKredi Bank Azərbaycan", "Bank Silk Way", "AccessBank", "Bank Standard", "Ekspressbank", "DekaBank", "NBC Bank", "AFB Bank", "Azərbaycan Sənaye Bankı", "Bank Melli Iran" Bakı ofisi, " Azərbaycan Beynəlxaql Bankı" (МБА), "Bank Technique", "Zaminbank", "Bank Avrasiya", "Azer Turk Bank", "Muganbank", "Qafqaz İnkişaf Bankı", "Kapital Bank", "Pasha Bank", "Gunay Bank", "DemirBank", "Xalq Bank", "Turan Bank", "Nikoil Bank", "AtaBank", "Gəncəbank", "Bank of Baku", "Azərbaycan Kredit Bankı", "Parabank", "United Credit Bank", "Atrabank", "Amrahbank", "Kredobank" IRS-də qeydiyyatdan keçib.

Bundan başqa, sistemə Azərbaycanın milli poçt operatoru "Azərpoçt" MMC, Britaniyanın auditor və konsaltinq şirkəti "Baker Tilly", eləcə də Bakı Banklararası Valyuta Birjası, Milli Depozit Mərkəzi, "Paşa Həyat", "Qala Həyat" və "Atəşgah Həyat" sığorta şirkətləri, "ADB Broker", "Yapı Kredi Invest", "Xalq Kapital", "UniCapital", "BOB Broker", "Texnika Kapital Menecment", "Paşa Kapital" brokerləri, "Invest-AZ", "Trust Asset Management ", "AzFinance Asset Management" şirkətləri də qoşulublar.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/economy/2349757.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR