Xəzərdə Rusiya, Azərbaycan və Qazaxıstan birgə təlimlər keçirəcək

Xəzərdə Rusiya, Azərbaycan və Qazaxıstan birgə təlimlər keçirəcək
11:44 6 Yanvar 2015
170 Ölkə
Ölkə mətbuatı
A- A+

2015-ci ildə Xəzər dənizində Rusiya, Azərbaycan və Qazaxıstanın iştirakı ilə birgə hərbi təlimlər keçiriləcək.

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, Rusiya Cənub hərbi dairəsinin mətbuat xidmətinin rəisi, polkovnik İqor Qorbul bildirib ki, üçtərəfli təlimlər iyun-iyul aylarında dənizin orta hissəsində olacaq.

 

Təlimlərdə Rusiya, Azərbaycan və Qazaxıstan hərbi-dəniz qüvvələri iştirak edəcək.

 

Ayrıca olaraq Rusiya və Azərbaycan hərbi-dəniz qüvvələrinin ikitərəfli təlimləri də keçiriləcək.

 

Rusiya tərəfindən təlimlərdə “Buyan” və “Buyan-M” kiçik raket gəmiləri iştirak edəcək. Bu gəmilərin əsas vəzifəsi ölkənin iqtisadi zonasının mühafizəsidir.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR