Dünyanın ən yaxşı hakimi müəyyənləşdi

Dünyanın ən yaxşı hakimi müəyyənləşdi
11:47 6 Yanvar 2015
221 İdman
Ölkə mətbuatı
A- A+

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) ötən ilin ən yaxşı hakimlərinin adlarını açıqlayıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, qurumun dünyanın bütün ölkələrindən olan nümayəndələri arasında keçirdiyi sorğunun nəticələrinə əsasən, 2014-cü ilin ən yaxşısı Nikola Rizzoli olub.

İtaliyalı FİFA referisi səsvermədə 131 xal toplayıb. İngiltərəli Hovard Uebb isə 78 xalla 2-ci olub. Maraqlıdır ki, 2013-cü ildə də İFFHS-in səsverməsində ilk iki yeri bu hakimlər tutmuşdu. Lakin 1 il öncə ingiltərəli birinci, italiyalı 2-ci olmuşdu.

Appeninlinin ən yaxşı olmasında Braziliyada keçirilən dünya çempionatının final oyununun məhz ona həvalə edilməsi də böyük tol oynayıb. Belə ki, Rizzoli Almaniya ilə Argentina arasında qarşılaşmada fit çalmışdı. Həmin oyunda avropalılar 1:0 hesabı ilə qalib gəlib.

61 xal toplayan almaniyalı Feliks Brix isə dünyanın 3-cü hakimidi. Hollandiyalı Byorn Kuypers (45 xal) 4-cü, özbəkistanlı Ravşan İrmatov (37 xal) 5-ci, portuqaliyalı Pedro Proensa (34 xal) 6-cı olub. İlk “onluq”da yer alan ispaniyalı Karlos Velasko Karvalyo 16, türkiyəli Cüneyt Çakır və meksikalı Marko Antonio Rodriges Moreno hərəyə 13, argentinalı Nestor Fabian Pitana 7 xal toplayıb.

Qeyd edək ki, sorğuda Azərbaycanı apasport.az saytının əməkdaşı, İFFHS-in üzvü olan Vüqar Xeyrullayev təmsil edib. O, 1-ci yerin sahibi kimi məhz italiyalıya səs verib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/317481.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR