Tanınmış jurnalist Sevinc Osmanqızına cinayət işi açıldı

Tanınmış jurnalist Sevinc Osmanqızına cinayət işi açıldı
11:49 6 Yanvar 2015
191 Ölkə
Ölkə mətbuatı
A- A+

Tanınmış jurnalist xarici kəşfiyyata işləməkdə ittiham edilir

Tanınmış jurnalist Sevinc Osmanqızına qarşı cinayət işi açılıb. Lent.az-ın məlumatına görə, bu barədə jurnalistin hüquqlarının müdafiəçisi Elmira Sarıyeva modern.az-a məlumat verib. Jurnalistə qarsı  Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci (böhtan atma)  və 148-ci (təhqir etmə) maddələri ilə cinayət işi açılıb.

İş Nərimanov rayon Məhkəməsinin hakimi Məzahir Sadıxovun icraatına verilib. Hüquq müdafiəçisinin verdiyi məlumata görə, bundan əvvəl qarşı tərəf tanınmış jurnalisti xarici xidmət orqanları ilə əməkdaşlıq etməkdə ittiham edib. 

Sevinc Osmanqızı barəsində məhkəmə iddiasını keçmiş həyat yoldaşı, Azərbaycanın «CBC» (Caspian International Broadcasting Company) telekanalının direktoru Azər Xəlilov qaldırıb.

Sevinc Osmanqızı CNN, BBC və digər aparıcı Qərb mətbuatında Azərbaycana dair verilişlərin müəllifidir. ANS-in Amerikada xüsusi müxbiri işləməzdən əvvəl televiziyanın “Xəbərlər” redaksiyasının bas redaktoru, Londonda BBC radiosunun jurnalist-prodüseri çalışıb. 
"Açıq söhbət" siyasi debat proqramının moderatoru olub. Şəhid jurnalist Osman Mirzəyevin qızıdır.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR