Bakı metrosunda ixtisarlar: işçilər məzuniyyətə göndərildi

Bakı metrosunda ixtisarlar: işçilər məzuniyyətə göndərildi
11:52 6 Yanvar 2015
158 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı Metropolitenində kütləvi ixtisarlar olub. “Qafqazinfo”ya daxil olan məlumata görə, qurumun Tikinti Departamentində işçilər öz hesablarına 6 aylıq məzuniyyətə göndərilib.

Məsələ ilə bağlı “Qafqazinfo”ya açıqlama verən Bakı Metropolitenin Mətbuat Xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib ki, təmsil etdiyi qurumda ixtisar aparılmır: “Ancaq tikinti departamentində öz hesabına məzuniyyətə gedənlər ola bilər. Bu da tikinti sahəsi üçün normal haldır. İşlərin müəyyən hissəsi başa çatanda və ya hər hansı bir sahənin işi azalanda belə halların olması mümkündür. Təbii ki, onlar işə qayıdacaqlar. Hətta onlardan bəziləri başqa sahələrdə işlə təmin edilirlər. Məzuniyyətə göndərilənlərin saylarını isə dəqiq bilmirəm”.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/317486.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR