Rusiyada azərbaycanlı dirijorun musiqi rəhbərliyi ilə "Yevgeni Onegin" operasının premyerası keçirilib

11:57 6 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

[ 06 Yanvar 2015 11:54 ]


Bakı. Cavid Zeynallı - APA. Rusiya Dövlət Akademik Filarmoniyası və Opera Teatrında dirijor Əyyub Quliyevin musiqi rəhbərliyi ilə P.Çaykovskinin "Yevgeni Onegin" operasının premyerası keçirilib.

 

Ə.Quliyevin APA-ya verdiyi məlumata görə, premyera bəstəkarın 175 illik yubileyinə həsr olunub və Rusiya Federasiyanın Mədəniyyət Nazirliyi və Safonov adına Dövlət Akademik Filarmoniyasının təşkilatı dəstəyi ilə baş tutub.

 

Tamaşa 3 ölkənin - Rusiya, Azərbaycan və Belarus Respublikasının musiqiçilərinin iştirakı ilə keçirilib. Tamaşanın quruluşçu rejissoru Andrey Nogin (Rusiya), quruluşçu rəssam Mariya Pavlova, işıq üzrə rəssamı Sergey Berejnoydur.

 

Ə.Quliyev qeyd edib ki, səhnə əsəri böyük marağa səbəb olub, teatrın rəhbərliyi uğurlu musiqi tərtibatına görə ona təşəkkür edib.

 

Qeyd edək ki, "Yevgeni Onegin" operası ilə bərabər 2014-cü ildə Rusiyada dirijor Ə.Quliyevin iştirakı ilə A.Rubinşteynin "Demon", C.Verdinin "Traviata", P.Çaykovskinin "İolanta" və Q.Donisettinin "Sevgi şərbəti" operalarının premyeraları baş tutub.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/368127

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR