Bakı Metropolitenindən ixtisarlarla bağlı AÇIQLAMA

Bakı Metropolitenindən ixtisarlarla bağlı AÇIQLAMA
12:04 6 Yanvar 2015
144 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı Metropolitenin Tikinti Departamentində işçilər öz hesablarına 6 aylıq məzuniyyətə göndərilib. Lent.az-ın məlumatına görə, Metropoliten Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibi Nəsimi Paşayev modern.az-a açıqlamasında bildirib ki, metropolitendə kütləvi ixtisarlar yoxdur.

 

O qeyd edib ki, bəzi işçilər məzuniyyətə göndərilib: “Tikinti işlərində iş azaldıqca işçilərin məzuniyyətə göndərilməsi normal haldır. Çünki, onları saxlamaq olmur. Hətta biz tikintidə çalışan işçilərin bir çoxunu başqa işlə də təmin etmişik və qalanların da işlə təmin etmək üçün çalışırıq”.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/189508

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR