Sumqayıtda analoqu olmayan pəncərə - FOTO

Sumqayıtda analoqu olmayan pəncərə - FOTO
12:05 6 Yanvar 2015
217 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycanda icra hakimiyyətlərinin qeyri-adi “quruculuq” işləri ilə bağlı mediada dəfələrlə xəbərlər yayılıb. Amma Sumqayıt şəhərində aparılan abadlıq zamanı edilən yeniliyin, həqiqətən də, analoqu yoxdur.

Bu haqda qafqazinfo-ya məlumat verən şəhər sakini bildirib ki, 36-cı məhəllə, Sülh küçəsində yerləşən binanın fasadı təmir olunur. Təmir zamanı binadakı bütün eyvanlar sökülüb. Əvəzində isə binanın əvvəllər pəncərə olmayan hissəsinə pəncərə qoyulub. Amma bu pəncərələr yalnız üzlükdədir. Yəni fasadda olan pəncərənin arxası divardır.

Bu haqda şikayət edən sakin deyir: “Təsəvvür edin ki, əməkdar memar İlqar İsbatovun layihə müəllifi olduğu bu layihədə binanın tinində pəncərə olmadığı halda pəncərə qoyublar. Bu biabırçılıqdır. Bütün bunların məsuliyyəti isə Sumqayıt şəhər İcra Hakimiyyəti və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı Dövlət Layihə İnstitutunun üzərinə düşür”.

Milli.Az

Böyütmək üçün şəkilə klikləyin.



Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/317488.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR