Sevinc Osmanqızına qarşı cinayət işi açıldı

Sevinc Osmanqızına qarşı cinayət işi açıldı
12:11 6 Yanvar 2015
215 Ölkə
Ölkə mətbuatı
A- A+

Tanınmış jurnalist Sevinc Osmanqızına qarşı cinayət işi açılıb.

ANS PRESS-ın məlumatına görə, bu barədə jurnalistin hüquqlarının müdafiəçisi Elmira Sarıyeva modern.az-a məlumat verib.

Jurnalistə qarsı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci (böhtan atma) və 148-ci (təhqir etmə) maddələri ilə cinayət işi açılıb.

İş Nərimanov rayon Məhkəməsinin hakimi Məzahir Sadıxovun icraatına verilib. Hüquq müdafiəçisinin verdiyi məlumata görə, bundan əvvəl qarşı tərəf tanınmış jurnalisti xarici xidmət orqanları ilə əməkdaşlıq etməkdə ittiham edib.

Sevinc Osmanqızı barəsində məhkəmə iddiasını keçmiş həyat yoldaşı, Azərbaycanın "CBC" (Caspian International Broadcasting Company) telekanalının direktoru Azər Xəlilov qaldırıb.

Sevinc Osmanqızı CNN, BBC və digər aparıcı Qərb mətbuatında Azərbaycana dair verilişlərin müəllifidir.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR