"Kovaç, Prosineçkidən ehtiyatlı ol"

"Kovaç, Prosineçkidən ehtiyatlı ol"
12:12 6 Yanvar 2015
212 İdman
Ölkə mətbuatı
A- A+

“Robert Prosineçkinin Azərbaycan yığmasının sükanı arxasına gətirilməsi doğru qərardı. Federasiya rəhbərliyi səhvə yol verməyib. Azərbaycanın çox gözəl təqdimatı var. Bundan əlavə, ordakı şərtlər də fantastikdi. Əminəm ki, Prosineçki həmin şəraitin qarşılığında yaxşı nəticə göstərməyi bacaracaq”.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bu sözləri braziliyalı futbolçu Etto deyib.
  
2013-14 mövsümünü “Bakı” klubunun heyətində keçirən 33 yaşlı müdafiəçi Xorvatiya mətbuatına danışıb. Açıqlamasında Robert Prosineçkini tərifləyən Etto xorvatların baş məşqçisi Niko Kovaça səslənib: “AÇ-2016-nın seçmə mərhələsində Xorvatiya Azərbaycan millisinə böyük hesabla qalib gəldi. Amma Bakıdakı qarşılaşma çətin keçəcək. Kovaç, Prosineçkidən ehtiyatlı ol. Onun rəhbərliyi altında Azərbaycan yığması sizə problem yarada bilər”.
  
Qeyd edək ki, “zolaqlılar”ın keçmiş oyunçusu 2005-2011-ci illərdə Zaqreb “Dinamo”sunda çıxış edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/317489.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR