"Excelsior Hotel Baku" hoteli yeni aksiyaya start verib

"Excelsior Hotel Baku" hoteli yeni aksiyaya start verib
12:13 6 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 6 yanvar /Trend/

“Excelsior Hotel Baku” oteli qadınlar üçün xüsusi aksiyaya start verib. “Aura” sağlamlıq mərkəzində qadınlar 50% endirimli qiymətlə bir illik üzvlüyü 1175 AZN və 6 aylıq üzvlüyü 750 AZN-ə əldə edə bilərlər.

Sahəsi 3 500 kv.metr olan “Aura” Sağlamlıq Mərkəzində trenajor zalı, qapalı və ilin isti vaxtlarında açıq havada işləyən 2 hovuz, stolüstü tennis kortu, skvoş kortu, istirahət otaqları “Aura” klubunun üzvlərinə xidmət edir. Trenajor zalında bütün qrup əzələləri möhkəmləndirmək üçün 50-dən artıq müasir trenajor, ürək əzələlərini möhkəmləndirmək və artıq çəkidən azad olmaq üçün kardio trenajorlar quraşdırılıb. Qonaqlar kardio zonadakı trenajorlarda quraşdırılmış displeylərdə 30-a qədər televiziya kanalına baxa və pulsuz internetə qoşula bilirlər. “Aura” Sağlamlıq mərkəzində zumba, kallanetika, pilates, yoqa, aerobika, boks dərsləri keçirilir.

“Excelsior Hotel & Spa Baku” 2005-ci ilin avqustundan fəaliyyət göstərir. Otel 1 “İmperial “- lyuks, “Royal”- lyuks, 4 “Crown”-lyuks , 45 “Heritage” – deluks, 9 “Duke” – standard otaqlar, konfrans zalı, biznes mərkəzi, restoranlar, “Aura” sağlamlıq mərkəzi və s.-dən ibarətdir. “Excelsior Hotel Baku” otelinə 496 78 02 telefon nömrəsinə zəng edərək geniş məlumat almaq mümkündür.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/economy/2350152.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR