Yeni sensasiya: Yerin 20 əkizi tapıldı - FOTO

Yeni sensasiya: Yerin 20 əkizi tapıldı - FOTO
12:17 6 Yanvar 2015
369 Maraqlı
Ölkə mətbuatı
A- A+

ABŞ-ın Milli Aviasiya və Kosmik Tədqiqatlar Agentliyinin (NASA) "Hubble" kosmik rəsədxanası astronomiya elmini zənginləşdirəcək yeni kəşflər edib.
 
Teleskop Yerdən 22 min işıq ili uzaqlıqda, İlan ulduz topasında yerləşən NGC 6535 kürə topasını aşkarlayıb. Topanın eni 1 işıq ilidir.
Milli.Az Space-ə istinadən bildirir ki, kürə topası qalaktik mərkəzin ətrafında dövrə vuran sıx ulduzlar qrupudur. Ulduzların bol olduğu kürə topasının mərkəzindəki böyük cazibə qüvvəsi ulduzları içəri dartır, kürə forması yaradır.
 
Klasterlərə verilən "globulus" kəlməsinin latın dilindəki mənası da "kiçik kürə"dir.
Kürə topaları təxminən qalaktikalarla bir formalaşan çox qədim səma obyektləridir.
 
İndiyədək yeni kürə topalarının formalaşması qeydə alınmamışdı.
Bundan başqa, "Hublle" teleskopu "Yaradılış sütunları" adlandırılan üç qaz topasının da yeni görüntülərini çəkib.
 
İlk dəfə 1995-ci ildə fotoları çəkilmiş "Yaradılış sütunları" Qartal ulduz topasında, m16 zonasında yerləşən, ultrabənövşəyi şüalanma haləsindəki 3 nəhəng qaz sütunlarıdır.
 
"Hubble" bəşər tarixində ilk dəfə olaraq bu topaların görünən spektrlə yanaşı, infraqırmızı spektrdə də fotolarını çəkib.
Kürə topası və "Yaradılış sütunları"nın araşdırılması Kainatın formalaşması ilə bağlı bilikləri daha səbatlı etməyə imkan verəcək. Bununla yanaşı, alimlər həmin səma obyektləri zonasında Yerin analoqu ola biləcək planetlərin varlığını istisna etmirlər.
 
Daha doğrusu, həmin zonalarda bioloji həyatın olduğu 20-yə yaxın planetin mövcudluğu güman edilir.
 
Milli.Az
 
 Böyütmək üçün şəkillərə klikləyin.


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR