Astarada yaşayış evində partlayış olub, xəsarət alan var

12:22 6 Yanvar 2015
94 Digər
Ölkə mətbuatı
A- A+

[ 06 Yanvar 2015 12:12 ]

Bakı. Hafiz Heydərov – APA. Astara rayonunda yaşayış evində partlayış olub.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə rayonun Məscidməhəllə kəndində qeydə alınıb. Vətandaşa məxsus, ümumi sahəsi 180 kv.m olan (hər mərtəbəsi 90 kv.m) ikimərtəbəli, 6 otaqlı evin 1-ci mərtəbəsində məişət qazının sızması nəticəsində partlayış baş verib. Yanğın olmayıb.

 

Hadisə zamanı 1-ci mərtəbədə olan otaqların qapı-pəncərələri çərcivədən çıxıb, 1 nəfər müxtəlif xəsarətlər alaraq aidiyyəti üzrə aparılıb.

 

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR