Bakıda dilənçi əməliyyatı

Bakıda dilənçi əməliyyatı
12:26 6 Yanvar 2015
164 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı şəhərinin bir neçə rayon polis idarəsinin əməkdaşları paytaxtda profilaktik tədbirlər keçiriblər.

Bakı şəhər Baş Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, paytaxt ərazisində avaralıq və dilənçilik həyat tərzi keçirən 3 kişi, 8 qadın, 9 azyaşlı saxlanılıb.

Onlarla fərdi söhbətlər aparılıb. Bir çoxu barəsində inzibati qaydada protokol tərtib olunub.

Həmin şəxslərin qeydiyyatda olduqları rayonlara göndərilməsi təmin edilib.

Paytaxtda dilənçilərə qarşı əməliyyatlar davam edir.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=317973

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR