Bu qadında misli görünməyən xəstəlik var - FOTO

Bu qadında misli görünməyən xəstəlik var - FOTO
12:27 6 Yanvar 2015
331 Maraqlı
Ölkə mətbuatı
A- A+

O, misli olmayan, absurd, hətta qorxulu xəstəliyə düçar olduğunu anlasa da, mərəzindən asanlıqla qurtula bilməyəcəyini də bilirdi. Ayaqlarında venaların varikoz genişlənəcəyindən və eybəcərləşəcəyindən qorxan qadın hospitalda müayinədə olarkən həkimlərə yalvarmış, ayaqlarının kəsilməsini istəmişdi.
 
Halbuki, onun ayaqları tam sağlamdı və amputasiyaya da heç bir ehtiyac yoxdu.
 
Fəqət, qadın gündə bir neçə dəfə ayaqlarında venaların varikoz genişlənməsi xofu ilə bağlı panikaya qapılır, təşvişə düşürdü.
O, bəlasından heç cür qurtula bilmirdi.
 
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, 39 yaşlı Kler Consun dediyinə görə, həkimlər ciddi, uzun-uzadı davam edən müayinələrdən sonra onda venefobiyanın, yəni venaların varikoz genişlənməsi qorxusunun olduğunu söyləyiblər.
 
"Həkimlərə yalvarırdım ki, ayaqlarımı kəssinlər, amptuasiya etsinlər. Venaların genişlənməsindən, pis görünməkdən o qədər qorxurdum ki, küçədə qoca qadınları görməmək üçün evdən eşiyə çıxmaqdan çəkinirdim", - Kler Cons söyləyib.
 
Əslində, qadınların hamısı qocalır və yaşlaşanda da ayaqlarındakı venaların varikoz genişlənməsi ilə qarşılaşırlar.
İngiltərənin Liverpul şəhərində yaşayan bank kassiri Kler Consda isə venerofobiya o qədər güclənmişdi ki, o, işdən çıxmış, evdə əlil arabasına oturmuşdu.
 
Üç övlad anası indi bu fobiyadan qurtulub.
 
Onun dediyinə görə, venerofobiya onda 6 yaşı olanda başlanıb: "Həmin gün dişim ağrıyırdı. Anam məni həkimə apardı və laxlayan dişimi stomatoloq dartıb çıxarmağa başlayanda qorxdum. Qanlı diş görəndə elə qorxmuşdum ki... O dişi vena saymışdım. Daha sonra anamın ayaqlarında venaların varikoz genişənməsini gördüm və fobiya gücləndi".
 
Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.



Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/317485.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR