Rəqsanə: "Qızımı döyürəm"

Rəqsanə: "Qızımı döyürəm"
12:27 6 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Müğənni Rəqsanə İsmayılova media nümayəndələri ilə bir araya gəlib
 Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, yeni verilişi “Göz önündə”dən söhbət açan müğənni həyatı haqda maraqlı açıqlamalar verib:
 
“Proqramda üstünlük qadınlara veriləcək. Tez-tez cəzaçəkmə müəssisələrində oluruq, saatlarla çəkilişlər edirik. Onların həyat hekayəsini dinləyib dəhşətə gəlirəm. Bir dəfə də olsun cəzaçəkmə müəssisələrinə əliboş getməmişəm. Hərbi hissələrə də baş çəkirəm, qızım Aysun da daim yanımda olur. Çəkilişlər davam edir, əsasən insanların problemlərini işıqlandıracağıq, cəzaçəkmə müəssisələrində illərlə valideynlərini görməyən insanlar var, onları yaxınları ilə görüşdürəcəyik. Yaşlı sənət adamları çıxıb efirdə deyirlər ki, filankəs özünü reklam etmək üçün xeyriyyə işləri görür. Kaş onlar da xeyriyyə işləri ilə məşğul olardılar və biz onlardan nümunə götürərdik. Vaxt olub ki, restoranlarda 50 manata oxumuşam. Bu, mənim üçün böyük pul olub. İndi Allaha şükür ki, gəlirim var və ehtiyacı olanlara əl tuturam. Heç vaxt pul məni qudurtmayıb, yolumu azmamışam. Sabah başıma nə gələcək bilmirəm. Mən xeyriyyə işlərini hansısa kişinin pulu ilə eləmirəm, yoxsula kömək etmək hamımızın borcudur”.
 
Müğənni qızı Aysundan da söhbət açıb:
“Allah hamının balasını saxlasın. Aysun sabah doğum gününü qeyd edəcək, ona sürpriz hazırlamışam. Həmin gün hədiyyəmi verib çıxacam, qızlarla birlikdə doğum gününü qeyd edəcək. Hər zaman ona nəzarət edirəm, yeri gələndə bu boyda qızı döyürəm. İstəyirəm ki, hər addımı uğurlu və düzgün olsun. Hələ yaşı azdı, sənəti modelyerliklə məşğul olur. Aysunu 25 yaşında ərə verəcəm, hər kəsə ailə lazımdır. Qadının nə qədər var-dövləti olsa da, başını çiyninə qoyacağı həyat yoldaşı axtarır. İstəyirəm ki, qızımın gözəl ailəsi olsun”.

Milli.Az
 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR