AMEA-dan yeni təşəbbüs

AMEA-dan yeni təşəbbüs
12:29 6 Yanvar 2015
156 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan Milli Elmlər Akademiyası AMEA-nın institutlarının magistraturasına qəbul aparılması ilə bağlı təşəbbüs irəli sürülüb. Lent.az-ın məlumatına görə, TQDK-nın şöbə müdiri Natiq Əliyev bildirib ki, bu məsələ ilə bağlı daima informasiya mübadiləsi aparılır. TQDK-nın şöbə müdiri onu da vurğulayıb ki, AMEA tərəfindən müraciətlər müvafiq icra hakimiyyəti orqanlarına göndərilib.


N. Əliyev qeyd edib ki, bu istiqamətdə işlər görülür. “Amma imtahanların bu il keçiriləcəyi və ya keçirilməyəcəyi barədə dəqiq məlumat yoxdur. Çünki hazırda bu məsələnin üzərində iş aparılır. Əgər işlər fevralın sonuna kimi yekunlaşsa bu il AMEA-nın magistratura pilləsinə qəbul aparmaq mümkün olacaq. Lakin işlər geciksə magistraturaya qəbul imtahanı gələn il həyata keçiriləcək”.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/189513

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR