Yaşayış evində partlayış: xəsarət alan var

Yaşayış evində partlayış: xəsarət alan var
12:34 6 Yanvar 2015
137 Ölkə
Ölkə mətbuatı
A- A+

Astarada yaşayış evində partlayış baş verib. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, partlayış rayonun Məscidməhəllə kəndində, vətəndaşa məxsus ikimərtəbəli, 6 otaqlı evdə qeydə alınıb. Evin 1-ci mərtəbəsində məişət qazının sızması nəticəsində partlayış olub.

 

 

Hadisə zamanı 1-ci mərtəbədə olan otaqların qapı-pəncərələri çərçivədən çıxıb, 1 nəfər isə müxtəlif yanıq xəsarətləri alaraq yanğınsöndürənlər çatana kimi aidiyyəti üzrə aparılıb.

 

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/189514

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR