Ərindən qorxan qadın özünü binadan atdı

Ərindən qorxan qadın özünü binadan atdı
12:37 6 Yanvar 2015
169 Dünya
Ölkə mətbuatı
A- A+

Hadisə Sankt-Peterburqda baş verib
Rusiyada sərxoş Azərbaycan vətəndaşından xilas olmaq istəyən qadın özünü binadan atıb.

Anspress-in Rusiya mətbuatına istinadla verdiyi məlumata görə, hadisə yanvarın 5-də gecə saatlarında Sankt- Peterburq şəhərinin Neva rayonunda Narondnoya küçəsində baş verib.

Məlumata görə, gənc qadın həyat yoldaşı ilə birlikdə kommunal evdə yaşayıb. 45 yaşlı kişi spirtli içki aludəçisi olub. O, müntəzəm olaraq evə sərxoş gəlib. Gənc qadını vəhşiçəsinə döyüb. Cütlük arasında baş verənlərdən qonşular da xəbərdar olublar.

Hadisə baş verən günü də o, sərxoş vəziyyətdə evə gəlib. Bütün baş verənlərə dözməyən qadın intihar etmək qərarına gəlib. O, özünü yaşadığı mənzilin eyvanından atıb.

Xoşbəxtlikdən bu zaman küçədən keçən şəxs baş verən hadisənin şahidi olub. O, dərhal təcili yardıma xəbər verib. Gənc qız çoxsaylı sınıqlarla dərhal xəstəxanaya çatdırılıb.

Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları da cəlb ediliblər. Azərbaycan vətəndaşı o qədər sərxoş olub ki, həyat yoldaşının adını və yaşını belə deyə bilməyib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/317496.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR