"Sağ sektor" Ukrayna Müdafiə Nazirliyinə tabe olmaq təklifini rədd etdi

"Sağ sektor" Ukrayna Müdafiə Nazirliyinə tabe olmaq təklifini rədd etdi
12:42 6 Yanvar 2015
149 Dünya
Ölkə mətbuatı
A- A+

Ukraynanın “Sağ sektor” təşkilatının silahlı qanadı müqavilə əsasında Silahlı Qüvvələrdə xidmət keçməkdən imtina edib.

APA-nın “Ukrinform”a istinadən verdiyi məlumata görə, bunu Ukrayna prezidentinin müşaviri Yuri Biryukov deyib.

“Mən şəxsən “Sağ sektor”a tam leqallaşma sxemi təklif etdim. Müqavilə əsasında hərbi xidmətə dair çoxsaylı variantlar təklif olundu. Lakin onlar imtina etdilər”, - deyə Y. Biryukov söyləyib.

Müşavir qeyd edib ki, “Sağ sektor” könüllülərinin öz müstəqilliklərini saxlayaraq və heç kimə tabe olmayaraq leqal qüvvə kimi qalmaq arzusu “elmi fantastika” sırasındandır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/317497.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR