"Sibir boşdur, erməniləri ora aparsınlar"

"Sibir boşdur, erməniləri ora aparsınlar"
12:46 6 Yanvar 2015
153 Digər
Ölkə mətbuatı
A- A+

"Ermənilər 100 ildir ki, qondarma soyqırım məsələsi ilə məşğul olurlar və bu iddialarından əl çəkmirlər. Beynəlxalq təşkilatlar isə deyirlər ki, problemin həlli üçün dayanıqlı sülh yaratmaq azımdır. Əgər bunlar 100 il öz çirkin əməllərindən əl çəkmirlərsə hesab edirəm ki, bizim problemlə bağlı düz yola gəlməyəcəklər".

ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, bunu Azərbaycan baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyib.

Onun sözlərinə görə, son 20 ildə müşahidələr göstərir ki, ermənilər Azərbaycana düşmən kəsilib. Beynəlxalq təşkilatların tələb etdiyi dayanıqlı sülhün isə yaxşı yolu var.

"Necə ki, vaxtı ilə bu milləti yığıb bizim torpaqlara gətiriblər, indi də yığıb başqa - qonşu olmayan bir yerə aparsınlar. Çünki onlar heç kimlə qonşuluq edə bimirlər. Sibir boşdur yığıb aparsınlar, qoy orda yaşasınlar. Onda dayanıqlı sülh olar. Yaxud da biz özümüz gərək gedək Şuşamıza və öz girovlarımızı onların əlindən alaq, torpağımızı azad edək".

Ə.Həsənov qeyd edib ki, ermənilər bütün dünyaya özlərini qeyri-konstruktiv xalq kimi göstəriblər və dünyada Ermənistandan başqa elə bir dövlət yoxdur ki, 4-5 yerdən idarə olunsun.

"Rusiya, Amerikadakı erməni diasporu idarə edir. Dəfələrlə də deyilib orada faşist rejimi mövcuddur. Beynəlxalq təşkilatlar da onları müdafiə edir. Bu bir daha göstərir ki, biz ayılmalıyıq, bilməliyik ki, bizə özümüzdən, dövlətimizdən, prezidentimizdən başqa heç kim heç nə edəsi deyil. Güvənc yerimiz özümüz, dövlətimiz, prezidentimizdir".




Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=317940

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR