"Nadir Şah"ın növbəti premyerası keçiriləcək

"Nadir Şah"ın növbəti premyerası keçiriləcək
12:47 6 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Milli.Az olaylar.az-a istinadən xəbər verir ki, yazıçı-publisist, türkoloq alim Yunus Oğuzun “Nadir Şah” romanı əsasında hazırlanmış eyniadlı tamaşanın növbəti premyerası keçiriləcək. Premyera yanvar ayının 10-da baş tutacaq.

Qeyd edək ki, yazıçının “Nadir Şah” romanı əsasında hazırlanan tamaşanın ilk premyerası ötən il dekabrın 24-də “AzDrama”-da baş tutub. Tamaşada baş rolu - Nadir şahı Azərbaycanın xalq artisti Ramiz Novruzov ifa edib. Tamaşa anşlaqla keçib və böyük maraqla qarşılanıb. Rejissoru Gümrah Ömər olan tamaşa Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə hazırlanıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/317499.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR