Bir üzdə iki fərqli göz

Bir üzdə iki fərqli göz
12:48 6 Yanvar 2015
407 Maraqlı
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 6 yanvar /Trend/

Tovuz sakini olan 3 yaşlı Zəhra ilk baxışdaca onu görənlərin diqqətini özünə çəkir. Çünki onu fərqləndirən amil var. Bu, balacanın gözlərinin rəngidir.

Trend Kəpəz TV-yə istinadən xəbər verir ki, 3 il öncə Tovuzda, Əliyevlər ailəsində dünyaya göz açan bu qızcığaz valideynlərini sevindirdiyi qədər, həm də təəccübləndirib. Çünki onun bir gözü mavi, digəri isə qaradır.

Gözlərinin rəngi fərqli olan Zəhra Əliyevanın valideynləri əvvəlcə uşaqda görmə probleminin olmasından narahatlıq keçiriblər. Ancaq məlum olub ki, bu hal görmə qabiliyyətinə təsir etmir.

Qeyd edək ki, gözlərin rəngi qüzehli qişanın melanin adlı piqmentindən asılıdır. Bu piqmentin miqdarı çox olarsa, gözlərin rəngi tünd, az olarsa açıq, yəni mavi və yaşıl olur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR