Xırdalanda partlayış baş verib, iki nəfər ölüb

Xırdalanda partlayış baş verib, iki nəfər ölüb
12:57 6 Yanvar 2015
238 Digər
Ölkə mətbuatı
A- A+

[ 06 Yanvar 2015 12:48 ]

Bakı. Hafiz Heydərov – APA. Xırdalan şəhərində partlayış baş verib.

Abşeron rayon prokuroru Qənimət Səfərov APA-ya bildirib ki, hadisə bu gün saat 12.00 radələrində Xırdalan şəhərində fəaliyyət göstərən taxta emalı sexində qeydə alınıb. Sexdə kompressorun partlaması nəticəsində orada işləyən fəhlələr – Aydın Fətullayev və Miraslan Ağayev ölüb.

 

Faktla bağlı Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma maddəsi ilə cinayət işi başlanıb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR