"İran olmasaydı, indi İraq hökuməti Bağdadda deyildi"

"İran olmasaydı, indi İraq hökuməti Bağdadda deyildi"
13:03 6 Yanvar 2015
166 Dünya
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 6 yanvar /Trend, müxbir Təmkin Cəfərov/

"Əgər İran, xüsusilə Sepah komandirlərindən Hacı Qasim Süleymani olmasaydı, indi Heydər Əl-İbadinin hökuməti Bağdadda deyil, İraqdan kənarda idi". Bunu İraqda İŞİD-ə qarşı döyüşlərdə öldürülmüş Sepah komandiri Həmid Təqəvinin yas mərasimində İraqın Bədr Təşkilatının sədri Hadi Əl-Amiri deyib. Trend-in məlumatına görə, bu barədə Mehr agentliyi xəbər verir.

O bildirib ki, İraq terrorçularla mübarizədə uğuru İranın və könüllülərin dəstəyi ilə əldə edib: “Terrorçuların işğalında olan İraqın digər əraziləri də könüllülərin dəstəyi ilə azad olunacaq. İraqın bütün ərazilərinin azad edilməsi üçün proqram və lazımi imkanlar var. Bu, tezliklə baş verəcək. Könüllü qruplar İraqın polis və ordusu ilə birlikdə İŞİD əleyhinə mübarizə aparır. İraq xalqı özü koalisiyanın yardımı olmadan da terrorçular üzərində qələbə qazanacaq”.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR