“Bakı” Rusiyadan futbolçu gətirdi

“Bakı” Rusiyadan futbolçu gətirdi
13:04 6 Yanvar 2015
196 İdman
Ölkə mətbuatı
A- A+

Premyer Liqanın autsayderi “Bakı” hazırlıqlarını öz bazasında davam etdirir. Apasport.az saytının məlumatına görə, köməkçi-məşqçi Rafael Əmirbəyovun rəhbərliyi altında məşqlərini edən “zolaqlılar”ın düşərgəsinə yeni futbolçular qoşulub.

 

Bunlar Ramazan Abbasov, Tagim Novruzov, Kamil Nurəhmədov və Murad Hüseynovdu. İlk iki oyunçu qış fasiləsi yaranan kimi “Sumqayıt”dan, Nurəhmədov isə “Rəvan”dan ayrılıb. O ki qaldı Hüseynova, milli komandamızın sabiq hücumçusunun son komandası Rusiyanın “Daqdizel” klubu olub.

 

Qeyd edək ki, bu oyunçuların hamısı “Bakı”ya birbaşa müqavilə bağlamağa gəlib. Yaxın günlərdə onlarla münasibət rəsmiləşəcək.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/189518

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR