Məşhur aktyor 27 yaşlı oğlanla evlənəcək - FOTO

Məşhur aktyor 27 yaşlı oğlanla evlənəcək - FOTO
13:05 6 Yanvar 2015
319 Maraqlı
Ölkə mətbuatı
A- A+

 Britaniyanın ən məşhur aktyor, yazıçı və komiklərindən biri Stiven Fray ailə qurmağa hazırlaşır. 57 yaşlı Frayın "sevgilisi" isə 27 yaşlı Elliot Spenserdir.
 
Homoseksualist olduğunu gizlətməyən və bu barədə açıq danışan Frayın dediyinə görə, 2010-cu ildə sevgilisi Daniel Koendən ayrılandan sonra tək yaşayırdı. Lakin ötən ilin noyabrında E.Spenserlə tanış olandan sonra həyatının dəyişdiyini vurğulayan S.Fray "sevgilisi" ilə münasibətlərini rəsmiləşdirməyi, nikaha girməyi və ailə qurmağı düşündüyünü söyləyib.
 
Milli.Az The Daily Mail-ə istinadən bildirir ki, Stiven Fray depressiyadan qurtulduğunu, "sevgi və bəxtəvərlik içində yaşadığını" vurğulayıb.
Fray toyun doğulduğu məkanda, Norfolk qraflığındakı Derehem şəhərində olacağını bildirib.
Elliot Spenserin atası, 57 yaşlı Robert və onun anası, 52 yaşlı Melani nikahla bağlı hər hansı açıqlama vermək istəmədiklərini deyiblər.

Milli.Az
 
Böyütmək üçün şəkillərə klikləyin.



Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/317484.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR