Ebru Gündeş azərbaycanlı milyarderlə boşanmasından danışdı - FOTO

Ebru Gündeş azərbaycanlı milyarderlə boşanmasından danışdı - FOTO
13:05 6 Yanvar 2015
394 Maraqlı
Ölkə mətbuatı
A- A+

Türkiyənin məşhur müğənnilərindən olan Ebru Gündeş həyat yoldaşı, əslən Güney Azərbaycandan olan milyarder iş adamı Rza Zərrabla boşanmağa hazırlaşması ilə bağlı yayılan iddiaları şayiə adlandıraraq yalanlayıb.
 
Milli.Az AHT-yə istinadən bildirir ki, R.Zərrabla 5 il əvvəl ailə quran və bu izdivacda Alara adlı qızı doğulan Ebru Gündeş deyib: "Bəxtəvərliyimizi pozmaq istəyənlərin bütün səylərinə rəğmən ailə həyatımız davam edir.

Belə açıqlama ilə çıxış etməyimin özü ailə dəyərlərimizə ziddir. Lakin masa arxasında oturub içlərindəki pislikləri yazanlar və bəxtəvərliyimizə kölgə salmağa çalışanlara cavab verməliydim".

Milli.Az
 
Böyütmək üçün şəkillərə klikləyin.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR