Müdafiə Nazirliyi: Ermənilərin Azərbaycan Ordusunun itki verməsi barədə yaydıqları məlumat dezinformasiyadır

13:07 6 Yanvar 2015
145 Sosial
Ölkə mətbuatı
A- A+

[ 06 Yanvar 2015 12:56 ]

Bakı. Rəşad Süleymanov - APA. Erməni KİV-in cəbhədə atəşkəs rejiminin pozulması zamanı Azərbaycan Silahlı Qüvvələrinin guya 3 hərbi qulluqçu itirməsi barədə bu gün yaydıqları məlumat yalandır.

Bu barədə APA-ya Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

 

Nazirlik bəyan edib ki, atəşkəs pozulması zamanı ermənilərin Azərbaycan Ordusunun 3 hərbi qulluqçusu, o cümlədən «unter-zabit» Eldar Məmmədov adlı şəxsi məhv etmələri barədə yaydıqları məlumat dezinformasiya xarakteri daşıyır.

 

Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrində unter-zabit rütbəsi mövcud deyil.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR