Azərbaycanla Belarus iqtisadi əməkdaşlığı genişləndirir

Azərbaycanla Belarus iqtisadi əməkdaşlığı genişləndirir
13:17 6 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

[ 06 Yanvar 2015 13:16 ]


Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Belarusun Azərbaycandakı səfiri Nikolay Paskeviçi qəbul edib.

 

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, görüşdə Ş. Mustafayev ölkələrimiz arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini qeyd edib, əlaqələrimizin genişləndirilməsində qarşılıqlı rəsmi səfərlərin, keçirilən görüşlərin xüsusi rolunu vurğulayıb.

 

İqtisadiyyat və sənaye naziri Azərbaycan iqtisadiyyatı barədə məlumat verib, Azərbaycan və Belarus arasında iqtisadi əlaqələrinin daha da genişləndirilməsi üçün mövcud potensialdan səmərəli istifadə edilməsinin əhəmiyyətini qeyd edib.

 

Belaruslu deputat ölkəsinin Azərbaycanla əməkdaşlığa önəm verdiyini, qarşılıqlı əməkdaşlığın bundan sonra da genişlənəcəyinə əminliyini vurğulayıb.

 

Görüşdə Azərbaycan və Belarus arasında ticarət dövriyyəsində müsbət dinamikanın müşahidə edildiyi, bununla belə bu sahədə daha yaxşı nəticələr əldə etmək üçün geniş imkanların olduğu diqqətə çatdırılıb, dövlət başçılarının görüşləri zamanı əldə edilib razılaşmaların icrası məqsədi ilə iqtisadiyyatın müxtəlif sahələrində, xüsusilə də maşınqayırma və kənd təsərrüfatı sahəsində əməkdaşlığa, eləcə də sənaye parkları və sənaye məhəllələrinə, aqroparklara, birgə biznes forumların və sərgilərin keçirilməsinə dair müzakirələr aparılıb.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/368148

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR