"Beşiktaş" aşağı liqa komandası ilə bacarmadı, "Başakşəhər" kubokda da liderdir

"Beşiktaş" aşağı liqa komandası ilə bacarmadı, "Başakşəhər" kubokda da liderdir
14:47 21 Dekabr 2016
43 İdman
Ölkə mətbuatı
A- A+

Türkiyə Kubokunun B, D, E və F qruplarında növbəti oyunlar keçirilib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, D qrupunda mübarizə aparan "Beşiktaş" birinci liqa təmsilçisi "Boluspor"la bacarmayıb - 1:1.

Oyunda "qartallar"ın yeganə qoluna Kərim Fray imza atıb. 3 turdan sonra hesabında 7 xal olan Şenol Günəşin yetirmələri qrupa başçılıq edirlər.
 
B qrupunda "Kasımpaşa" "İnəgölspor"u 3:2 hesabıyla məğlub edib.
 
F qrupunda iki oyun baş tutub. "Yeni Amasyaspor" evdə "Sivasspor"a uduzub - 2:3.
 
Super Liqanın lideri "Başakşəhər" isə birinci liqada zirvədə qərarlaşmış "Göztəpə"ni topa tutub - 6:2. "Başakşəhər" çempionatda olduğu kimi kubokda da qrupunda ilk pillədə qərarlaşıb.
 
E qrupunda baş tutmuş "Elazığspor" - "Ərzincan Refahiyespor" oyununda isə qonaqlar sevinib - 4:0.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/500878.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR