x
Loading...

Fazil Mustafa: "İranın siyasəti onun gerçək islam dövləti olmadığının sübutudur"

Fazil Mustafa: "İranın siyasəti onun gerçək islam dövləti olmadığının sübutudur"
14:47 21 Dekabr 2016
83 Ölkə
Ölkə mətbuatı
A- A+
.

"İslam prinsipləri ilə idarə olunduğunu iddia edən bir ölkə hər hansı dövlətə münasibətdə müəyyən dərəcədə islam prinsiplərindən kənara çıxmamalıdır. Amma İranın Ermənistanla münasibətləri istisnadır".

Milli.Az xəbər verir ki, bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı, Böyük Quruluş Partiyasının (BQP) sədri Fazil Mustafa İran prezidenti Həsən Ruhaninin Ermənistan səfərini şərh edərkən deyib. O bildirib ki, İranın bu siyasəti onun gerçək bir islam dövləti olmadığının sübutudur: "Çünki hər hansı bir şəkildə müsəlman torpaqlarını qəsb etmiş bir dövlətlə qəsbkar kimi davranmaq zorunda olan bir ölkə tamamilə başqa prinsiplərlə davranır. Ona görə də İranın Ermənistana maddi, iqtisadi, siyasi - hər cür dəstək verməsi İranın islama səmimi yanaşmadığının bir göstəricisidir. Bunu dəfələrlə qeyd edirdik, lakin ən gözəl nümunəsi artıq burada üzə çıxdı".
 
F. Mustafanın fikrincə, bütün hallarda İranın Ermənistanla münasibətlərinin bu qədər inkişaf etməsi Azərbaycan əleyhinə olan bir mövqeyin göstəricisidir: "Çünki bu kimi məsələlərdə birinci növbədə İran tərəfindən Azərbaycanın maraqlarının nəzərə alınması vacib idi. Həm Azərbaycanda, həm də İranda bu ölkəni ideallaşdıran insanlar utanmalıdır. İslam dininə mənsub olduqlarını bir az utanaraq deməlidirlər. Bizlər bu məsələdə ümumi mövqe nümayiş etdirərək İranın bu siyasətinə qarşı sərt etirazlarımızı ortaya qoymalıyıq".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/501003.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR