x
Loading...

Röya kimi oxuyur, kimi dinləyir, nəyə baxır?

Röya kimi oxuyur, kimi dinləyir, nəyə baxır?
14:52 21 Dekabr 2016
Ölkə mətbuatı
A- A+
.

Milli.Az bildirir ki, Röya Ayxan teleqraf.com-un suallarını cavablandırıb.

- Son oxuduğunuz kitab...
 
- 10 gündür Frederik Beqbederin "Məhəbbət üç il yaşayır" kitabını almışam. Artıq bir neçə səhifə oxudum. Bu ay yalnız sevgi mövzusunda kitablar oxumaq istəyirəm. Xaraktercə çox emosional insanam. Kimsə mənə pis söz deyəndə bir gün yata bilmirəm.
 
2005-ci ildən kitab mağazasına abunə yazılmışdım. Təzə kitab çıxan kimi mənə hər ay göndərirdilər. Detektiv janrı da sevirəm. Çingiz Abdullayevin bir çox əsərini  oxumuşam. Onun bir romanı məni sarsıtmışdı. Mənə deyirdilər, sən xəstəsən, camaat kitabı maariflənmək üçün oxuyur, sən oxuyub dəli olursan. 
 
- Baxdığınız film...
 
- Film izləməyi çox sevsəm də, seriallara baxmıram. Daha çox komediya janrında çəkilənləri izləyirəm. Sevda Yahyayeva ilə məzə üçün "Kara sevda" serialına baxırdıq. Bütün seriyalarda bədbəxt hadisələr baş verir. Adam qorxur ki, özü də yaşaya bilər. Ən son baxdığım filmin adını deyə bilməyəcəm, çünki xatırlamıram. Ad mənim problemimdir, heç nəyin adını yadımda saxlaya bilmirəm. 
 
- Dinlədiyiniz mahnı...
 
- Bütün növ musiqiləri dinləyirəm. Amma son bəyəndiyim mahnı Yıldız Usmanovanın rus dilində ifa etdiyi "Mama" mahnısıdır. Mahnı internetdə təsadüfən qarşıma çıxdı, dinlədim və çox xoşuma gəldi. Hətta düşündüm ki, bu mahnını mən də oxuyum. Sonra nəsə oldu, oxumadım.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/500984.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR