x
Loading...
.

"Olimpiya tarixi, idman siyasəti" kitabının təqdimat mərasimi keçirilib

"Olimpiya tarixi, idman siyasəti" kitabının təqdimat mərasimi keçirilib
14:57 21 Dekabr 2016
61 İdman
Ölkə mətbuatı
A- A+
.

Bu gün Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Xəzər İsayevin müəllifi olduğu "Olimpiya tarixi, idman siyasəti" kitabının təqdimat mərasimi keçirilib. "Report"un məlumatına görə, üç dildə nəşr olunan kitabın təqdimat mərasimində gənclər və idman naziri Azad Rəhimov, MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə və idman ictimaiyyətinin digər nümayəndələri iştirak edib. 
Çıxış edənlər əsərin əhəmiyyətini yüksək qiymətləndirib, kitabda Olimpiya Oyunlarının yaranması, Olimpiya hərəkatının inkişafı, onun xalqlar arasında əlaqələrin möhkəmlənməsində rolu, Olimpiya dəyərələri, Azərbaycan idmanının inkişaf mərhələləri, müasir idman infrastrukturunun yaranması barədə geniş məlumatın toplandığını bildiriblər.
Sonda müəllif hər kəsə öz təşəkkürünü bildirib və kitabın Azərbaycan idmanına, Olimpiya hərəkatına layiqli töhfə olduğunu vurğulayıb.

Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/olimpiya-tarixi-idman-siyaseti-kitabinin-teqdimat-merasimi-kecirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR