Spirtli içkilərin satış qaydaları sərtləşdiriləcək

Spirtli içkilərin satış qaydaları sərtləşdiriləcək
15:03 21 Dekabr 2016
95 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiya prezidenti Vladimir Putin hökumətə tərkibində 25 faizdən yuxarı spirt olan məhsulların istehsalı və satışı qaydalarının sərtləşdirilməsini tapşırıb.

Publika.az “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, bu haqda Kremlin saytında bildirilir.

Bununla bağlı dövlət başçısına 2017-ci martın 31-dək məruzə təqdim edilməlidir.

Qeyd edək ki, Rusiyanın İrkutsk vilayətində spirt tərkibli surroqat vasitədən zəhərlənərək ölənlərin sayı 60-a çatıb. 40 nəfər stasionar müalicədədir.

İrkutsk vilayətində fövqəladə vəziyyət elan edilib, spirt tərkibli içkilərin satışı qadağan edilib. Qadağa ticarət obyektlərində "Yemişan”ın və analoji məhsulların olmasını müəyyənləşdirən axtarışlar başa çatana qədər davam edəcək.

Ömər


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/180735.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR