Azərbaycanda qış başladı

Azərbaycanda qış başladı
15:03 21 Dekabr 2016
143 Ölkə
Ölkə mətbuatı
A- A+

Dekabrın 21-i Bakı vaxtilə saat 14:44-də qış fəsli başlayır. Bu gün Bakı vaxtilə saat 14:44-dən qış fəsli başlayıb. Azərbaycan Milli Elmlər Akademiyasından Publika.az-a verilən məlumata görə, Yer Qış Günəş duruşu nöqtəsindən keçir və bundan sonra Yerin şimal yarımkürəsində şimal hissəyə xarakterik olan qış fəsli başlayacaq.

AMEA-nın Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılovun sözlərinə görə, Yer Qış Günəş duruşundan keçdikdən bir neçə gün sonra gün uzanacaq, gecə qısalacaq. Qış Günəş duruşunun xarakterik xüsusiyyəti ondan ibarətdir ki, həmin gün ən qısa gündüz, ən uzun gecə olur.

Bu gün gecənin uzunluğu 14 saat 43 dəqiqə, gündüz isə 9 saat 17 dəqiqə olacaq.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/ekologiya2/180737.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR