Azərbaycan Kubokunun ilk yarımfinalçısı

Azərbaycan Kubokunun ilk yarımfinalçısı
15:13 21 Dekabr 2016
38 İdman
Ölkə mətbuatı
A- A+

Futbol üzrə Azərbaycan Kubokunun ilk yarımfinalçısı müəyyənləşib.

Publika.az-ın xəbərinə görə, bu, Bakının "İnter"idir.

"Bankirlər" 1/4 finalda Gəncənin "Kəpəz" klubundan üstün olub. Bakıdakı görüşdə 2:0 hesablı qələbə qazanan Zaur Svanadzenin rəhbərlik etdiyi komanda bugünkü cavav görüşündə səfər heç-heçəsinə nail olub.

Bununla da iki oyunun nəticəsinə əsasən, "İnter" yarımfinala vəsiqə qazanıb. Komandanın finala gedən yoldakı rəqibi "Qəbələ" və AZAL komandaları arasındakı qarşılaşmanın qalibi olacaq.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/180738.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR