Monika Belluççi Moskvada - FOTOLAR

Monika Belluççi Moskvada - FOTOLAR
15:18 21 Dekabr 2016
72 Şou
Ölkə mətbuatı
A- A+

Dünən Moskvada “Saman yolu” filminin premyerası keçirilib.

Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, təqdimatda filmin baş qəhrəmanı Monika Belluççi və rejissor Emir Kustiriç iştirak edib.

Rejissor, onun muzası və layihənin əsas ulduzu ekran əsərini təqdim etmək üçün şəxsən Rusiyaya uçub.

Kusturiçin “Saman yolu” filmi müəyyən çağırış olub axı, son 10 ildə o, demək olar ki, heç nə çəkməyib və kino aləmindən demək olar ki, yoxa çıxıb. İndi isə Kannda iki dəfə "Qızıl palma budağı" mükafatına layiq görülən rejissor geniş ekran əsəri ilə geri qayıdıb. Yeri gəlmişkən qeyd edək ki, filmdə əsas kişi rolunu rejissor öz öhdəsinə götürüb.

Film Balkanlarda baş verən müharibə fonunda yaşanan güclü və gözəl sevgi hekayəsindən bəhs edir. Əsas qəhrəmanların hər ikisi kifayət qədər həyat təcrübəsi olan orta yaşlı insanlardır və artıq onların itirəcək heç nəyi yoxdur. Lakin onlar tanış olanda möcüzə baş verir. Hər halda müharibənin fonunda sevgi hekayəsi haqqında film dərin hisslər, ölüm və dirilmə barədə ciddi söhbətdir.

Qeyd edək ki, bu, Monika Belluçinin Moskvaya sayca ikinci səfəridir.

Aytən






Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin2/180730.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR