Ağcabədidə PARTLAYIŞ: Xəsarət alan var

Ağcabədidə PARTLAYIŞ: Xəsarət alan var
15:23 21 Dekabr 2016
59 Ölkə
Ölkə mətbuatı
A- A+

Ağcabədi rayonunda evdə qaz sızmasından partlayış hadisəsi baş verib.

Publika.az-ın Apa-ya istinadən bildirir ki, hadisə bu gün səhər saatlarında Ağcabədi şəhərində, Səfa Qəhrəmanov küçəsində yerləşən evdə qeydə alınıb.

Rayon sakini, 1985-ci il təvəllüdlü Qasımova Afaq Tofiq qızı mətbəxdə qaz sobasını yandıran zaman partlayış baş verib.

Yanıq xəsarətləri alan qadın Ağcabədi Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Orada A.Qasımovaya 2-ci və 3-cü dərəcəli yanıq diaqnozu qoyulub və Bakıdakı Respublika Yanıq Mərkəzinə göndərilib.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/180739.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR