x
Loading...

AZAL futbol klubu daha bir legioneri ilə yollarını ayırıb

AZAL futbol klubu daha bir legioneri ilə yollarını ayırıb
15:27 21 Dekabr 2016
59 İdman
Ölkə mətbuatı
A- A+
.

Bakının AZAL klubu iki futbolçusu ilə yollarını ayırır.

Milli.Az bildirir ki, bu barədə "Report"a klubun vitse-prezidenti Fikrət Hüseynov məlumat verib.

O bildirib ki, komandanın ABŞ-dan olan müdafiəçisi Adan Koronado ilə müqaviləyə qarşılıqlı şəkildə xitam veriləcək: "Adan şəxsi işlərinə görə göndərilməsini xahiş etdi. Biz də qarşılıqlı razılaşma əsasında müqaviləyə xitam verəcəyik. Azərbaycan Kubokunun 1/4 final mərhələsində "Qəbələ" ilə cavab oyununda meydana çıxa bilər. Oyundan sonra isə yollarımız ayrılacaq".
Klub rəsmisi komandadan daha bir legionerin göndəriləcəyini söyləyib: "Çinli futbolçu Fok Braynla da yollarımızı ayırmışıq. Ümumilikdə 6-7 futbolçu AZAL-dan gedəcək".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/500965.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR