Ağcabədidə evdə partlayış: yaralanan var

Ağcabədidə evdə partlayış: yaralanan var
15:52 21 Dekabr 2016
84 Ölkə
Ölkə mətbuatı
A- A+

Ağcabədi rayonunda evdə qaz sızmasından partlayış hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında Ağcabədi şəhərində, Səfa Qəhrəmanov küçəsində yerləşən evdə qeydə alınıb.

Rayon sakini, 1985-ci il təvəllüdlü Qasımova Afaq Tofiq qızı mətbəxdə qaz sobasını yandıran zaman partlayış baş verib.
 
Yanıq xəsarətləri alan qadın Ağcabədi Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
 
Orada A. Qasımovaya 2-ci və 3-cü dərəcəli yanıq diaqnozu qoyulub və Bakıdakı Respublika Yanıq Mərkəzinə göndərilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/501028.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR