Bakıda “İrəvan-gizlədilmiş həqiqətlər“ sənədli filminin təqdimat mərasimi keçirilib

Bakıda “İrəvan-gizlədilmiş həqiqətlər“ sənədli filminin təqdimat mərasimi keçirilib
16:32 21 Dekabr 2016
62 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 21 dekabr. REPORT.AZ/ Bakıda “İrəvan-gizlədilmiş həqiqətlər“ sənədli filminin təqdimat mərasimi keçirilib.
“Report”un xəbərinə görə, təqdimat mərasimində Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, gənclər və idman naziri Azad Rəhimov, millət vəkilləri, ictimiaiyyət nümayəndələri iştirak ediblər.
Çıxış edən “Virtual Qarabağ” İnformasiya – Kommunikasiya Texnologiyaları mərkəzinin əlaqələndiricisi, Gənclər və İdman Nazirliyi yanında Gənclərlə İş üzrə İctimai Şuranın sədri Nurəddin Mehdiyev təqdim olunan yeni filmin məzmunu və xüsusiyyətləri haqqında məlumat verib. O bildirib ki, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Virtual Qarabağ” İnformasiya – Kommunikasiya Texnologiyaları Mərkəzi tərəfindən orjinal ingilis dilində , həmçinin azərbaycan və rus dillərində istehsal olunan “İrəvan- gizlədilmiş həqiqətlər” sənədli filmi Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən olan İrəvan şəhərinin Azərbaycan türklərinə məxsus olması və bu həqiqətin ermənilər tətəfindən uzun illərdir ki gizlədilməyə çalışması haqqındadır.
N.Mehdiyev qeyd edib ki, İrəvanda bu gün bir məsciddən savayı, yaşı 200 ildən çox olan tarixi-memarlıq abidəsi qalmayıb, yer üzündən silinib: “Filmdə İrəvan şəhərinin salınması, şəhərdə türk – müsəlman hakimiyyəti, İrəvan qalası, məscidləri, meydanları, karvansaraları, ticarət köşkləri, hamamları, bağları, İrəvanın Çar Rusiyası tərəfindən işğalı və demoqrafik vəziyyət, İrəvanda azərbaycanlıların mədəni irsinin məhv edilməsi, İrəvandan azərbaycanlıların köçürülməsi,müasir İrəvanda Azərbaycan mədəni irsi haqqında tutarlı tarixi faktlar və təsvirlərlə bəhs edilir. Azərbaycanda İrəvan haqqında ilk dəfədir ki daha əhatəli və 3 dildə sənədli film çəkilib. Filmin xarici dillərinin orijinallığı da onun dünyaya yayılmasını asanlaşdırır.
Sonra film nümayiş olunub.
Gənclər və idman naziri Azad Rəhimov çıxışında deyib ki, ermənilər tərəfindən işğal olunmuş ərazilərdə Azərbaycan xalqına məxsus qeyri-maddi, mədəni tarix abidələr məhv edilir.
O qeyd edib ki, bu vəhşiliklər daha əvvəllər İrəvanda, sonra Zəngəzur, Göyçə, Vedibasar və s. tarixi ərazilərdə baş verib. Ən böyük zərbə İrəvan şəhərinə vurulub. Dünyada bəlkə heç bir şəhər İrəvan qədər talan edilməyib. Yüzlərlə tarixi abidə məhv edilib. Qalan bir-iki abidə isə başqa millətlərə mənsubiyyəti ilə nümayiş etdirilir: "Bu gün “Virtual Qarabağ” İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzi tərəfindən hazırlanmış növbəti layihə “İrəvan-gizlədilmiş həqiqətlər” sənədli filmi təqdim edilib. Bu, elmi araşdırmaların geniş kütləyə çatdırılmasının uğurlu yoludur. Azərbaycan xalqı heç vaxt ermənilərin vəhşiliyini unutmayacaq. İrəvan xanlığı, Göyçə, Zəngəzur mahalı bizim tarixi torpağımızıdır və biz azərbaycanlıllar da o torpaqlara qayıdacağıq".






Xəbərin orijinal ünvanı: https://report.az/daxili-siyaset/bakida-i-revan-gizledilmis-heqiqetler-senedli-filminin-teqdimat-merasimi-kecirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR