AFFA "Neftçi" PFK-nın təsisçisini açıqladı - MÜSAHİBƏ

AFFA "Neftçi" PFK-nın təsisçisini açıqladı -   MÜSAHİBƏ
16:37 21 Dekabr 2016
56 İdman
Ölkə mətbuatı
A- A+

"Neftçi"nin gerçək sahibinin və təsisçisinin kimliyi barədə araşdırmalarımız davam edir. Ötən yazıda qeyd etmişdik ki, bu yöndə atılacaq bir neçə addımımız qalıb. Bunlardan biri də AFFA-nın Lisenziyalaşdırma Qrupuna müraciət etməkdi.


Lisenziyalaşdırma Qrupunun rəhbəri Elçin Məmmədovla bu və digər məsəllərlə bağlı danışdıq. Öncədən səmimi cavablara görə AFFA rəsmisinə təşəkkür edib bildirək ki, növbəti yazılarda Elçin bəyin müsahibəsindən sitatları təqdim edəcəyik. Bu səbəbdən müsahibəni əvvələcədən oxumağınız məsləhətdi.


- Azərbaycan klubları lisenziyalaşdırma tələblərini tam yerinə yetirə bilirmi?

- Təbii ki. Lisenziya üçün müraciət edən klub bizə təşkilati, hüquqi sturukturu və nizamnaməni təqdim edir. Biz baxırıq klubun təssisçisi kimdi və s. Bunu UEFA bizdən tələb edir və hər il bu məlumatları quruma göndəririk. Söhbət avrokuboklar üçün lisenziya almaq istəyən klublardan gedir.


- AZAL-ın baş məşqçisi Tərlan Əhmədov bildirib ki, klubun 150 min büdcəsi var. I divizion klublarından isə 300 minlik bank təminatı tələb olunur. Premyer Liqada bu hədd nə qədərdi?

- Əsas maliyyə tələbi klubun borclarının olmaması ilə bağlıdı. Bank zəmanəti odu ki, hər hansı bank klubun mövsümün gedişində maliyyə problemi yaranacağı halda onu həll edəcəyinə zəmanət verir. Premyer Liqada bank zəmanəti 300, avrokuboklar üçün 500 min manatdı. Mən hansısa klubun büdcəsi barədə danışa bilmərəm. Amma baş məşqçi 150 min deyirsə, bu o demək deyil ki, klubun tam büdcəsi 150 min manatdı. Bəlkə baş məşqçi sadəcə futbolçular üçün ayrılan büdəcədən danışır. Klub təkcə 20 futbolçudan ibarət deyil. Uşaq futbolu var, infrasturuktur var...


- AFFA və PFL-n müstəqil klubların idarəçiliyinə müdaxilə etmək hüququ varmı?

- İcraiyyə Komitəsi hansısa qərar qəbul edilibsə, bu məcburidir. AFFA-nın nizamnaməsi var və həmin sənədə uyğun fəaliyyət göstərir. Bu lisenziyalaşdırmaya aid olan məsələ deyil. Bununla bağlı hüquqşunasa müraciət etsəz, yaxşı olar.


- "Neftçi" PFK MMC-nin təsisçisi kimdir?

- Klub mətbuata açıqlamasında bildirib ki, "Neftçi" İK İB "Neftçi" PFK-nın təsisçisidi. Məsələ həqiqətən belədi. Bu barədə klub artıq açıqlama verib və buna görə mən bunu təsdiqləyə bilərəm. Amma başqa bir klubla bağlı müraciət etsəz, açıqlaya bilmərəm. Elə klublar var ki, ictimaiyyətin təsisçinin kimliyini bilməsini istəmir.


- Klubun Ədliyyə Nazirliyindən keçən sənədində rəhbər olaraq kimin adı göstərilib?

- Burda rəhbər deyil, klubu təmsil edəcək şəxs göstərilib. Sonuncu versiyada icraçı direktor Orxan Hüseynzadə göstərilib.


- AFFA İcrraiyyə Komitəsinin qərarı ilə klublarda yaradılan Müşahidə Şuralarının klub idarəçiliyində səlahiyyəti nə dərəcədədi və Lisenziyalaşdırma Komitəsindən keçməsi mütləqdimi?

- Bu tələbdi və qərar var. Klublar bizə hər il Müşahidə Şurasının tərkibini təqdim edirlər. Hər bir klub bizə Müşahidə Şurasının üzvlərinin sayını və adını verməlidir. Lisenziya alan klublar bu siyahıları bizə təqdim edib.


Fanat.Az



Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-affa-quotneftciquot-pfk-nn-tsiscisini-acqlad-t55066.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR