Səbail rayonunda "Fitnə" sənədli filminə baxış keçirilib

Səbail rayonunda "Fitnə" sənədli filminə baxış keçirilib
17:17 21 Dekabr 2016
46 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 21 dekabr. REPORT.AZ/ Səbail rayonunda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşəbbüsü ilə hazırlanan “Fitnə” sənədli filminə növbəti dəfə geniş auditoriyanın iştirakı ilə baxış keçirilib.
Report” xəbər verir ki, tədbiri DQİDK, Səbail Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyasının Səbail rayon təşkilatı birgə təşkil edib.
YAP Səbail rayon təşkilatının sədri, deputat Şəmsəddin Hacıyev deyib ki, bəzi qüvvələr Azərbaycan gənclərini müəyyən fitnə-fəsadlarla yoldan çıxarmağa çalışırlar, beyinlərini dəyişirlər və sonrakı peşmançılıq da fayda vermir: “Filmdə bir şox məqamlar yer alıb. İncəliyinə qədər açmaq lazımdır ki, həmin qüvvələr hansı vasitələrdən istifadə edərək insanların beynini dəyişirlər. “Fitnə” flimi bütün televiziya kanallarında, orta məktəblərdə göstərilməlidir. Cihad, din adı ilə insanları ölümə aparırlar. Onlar geri qayıtdıqdan sonra onların cəmiyyətə adaptasiyası mümkün olmayacaq. Onlar istənilən vaxt terror da törədə bilərlər. Çünki onların psixologiyası yerində deyil”.
Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirib ki, islamdan əvvəl də radikalizm, terror mövcud olub: “Xristianlıqda da radikalizm, terror olub. İslam çox humanist dindir. Təəssüf ki, bu gün islamın adını terrorla bağlamağa çalışırlar. Bu gün dünyəvi dinlərin arasında islam yüksək inkişaf tempi nümayiş etdirir. Heasab edirəm ki, gənclərin radikallığa meyl etməsinin kökündə dini və ümumi savadsızlıq durur. Ona görə də maarifləndirmə lazımdır. Dini biliklərin, dinlərin tarixinin öyrənilməsinə orta məktəblərdən başlamaq lazımdır. Məktəbdə dinlərin tarixi öyrədilsə, gənclər də hansı dinin nəyə xidmət etdiyini bilər. Cihad islamda iki cür olur: böyük və kiçik cihad. Böyük cihad o deməkdir ki, insan öz zəif nöqtələrini tapıb ona qarşı mübarizə aparmalıdır”.

Xəbərin orijinal ünvanı: https://report.az/din/sebail-rayonunda-fitne-senedli-filmine-baxis-kecirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR