Əli Həsənov: ““Terrorçu vurmaq" adıyla qədim şəhərləri və abidələri dağıdırlar”

Əli Həsənov: ““Terrorçu vurmaq" adıyla qədim şəhərləri və abidələri dağıdırlar”
17:18 21 Dekabr 2016
77 Digər
Ölkə mətbuatı
A- A+

“Bu gün dünyada qədim müsəlman şəhərlərinə və tarixi abidələrinə biganə münasibət müşahidə olunur. Bu çox təəssüfləndirici məqamdı”.

Publika.az xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov bu gün Bakıda keçirilən “İrəvan - gizlədilmiş həqiqətlər” adlı sənədli filmin təqdimat mərasimində çıxışı zamanı bildirib.

Prezidentin köməkçisi deyib ki, dünyadakı bir çox qədim müsəlman-türk şəhərləri və tarixi abidələri dağıdılıb.

Ə.Həsənov qeyd edib ki, bütün müsəlman Şərqinin tarixi abidələri və qədim şəhərləri, o cümlədən Suriya ərazisində yerləşən Palmira şəhəri havadan atılan bombalarla alt-üst edilib:

“Onlar “terrorçu vurmaq" adı ilə qədim şəhərləri və mədəniyyət abidələrini dağıdırlar. Çox təəssüflər olsun ki, bu gün bizim “sivil Qərb” adlandırdığımız dünyada mədəniyyət abidələrinə göstərilən bu cür münasibət hökm sürür. Onların tolerantlığı da, multikultralizmi də bu vəziyyətdədir. Cənab Prezident dəfələrlə qeyd edib ki, Azərbaycandakı multikultralizmə də, Qərbdəki multikultralizmə də baxın. Bizim fərqimiz ondan ibarətdir ki, Azərbaycanda yaşayan bütün xalqalara, etnik din mənsublarına özümüz qədər hörmət bəsləyirik, sevgi ilə yanaşırıq. Qərbin ən yaxşı cəhəti o idi ki, başqa dildən, dindən olanlara bir müddət dözümlülük göstərdilər. Ancaq indi daha ona da dözmürlər. Bu gün hər kəs bilir ki, Qərb ölkələri miqrantları, qaçqınları hansı günlərə salırlar, onlara hansı münasibəti göstərirlər, gecə ilə əllərində it və silahlarla həmin insanları didərgin salırlar, sərhədlərdə güllələyirlər. Sonra da dünyaya Qərb svilizasiyalarının tolerantlığı kimi təqdim edirlər. Onların tolerantlığı məhz budur. Bu gün dünyada formalaşan islamafobiya xəstəliyinin qurbanlarından biri də biz azərbaycanlılarıq”.

Vasif Həsənli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/180759.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR