Bu şəxslər xüsusi təqaüdə layiq görüldü - ADLAR

Bu şəxslər xüsusi təqaüdə layiq görüldü - ADLAR
18:18 21 Dekabr 2016
126 Ölkə
Ölkə mətbuatı
A- A+

Prezident İlham Əliyev gənc istedadların xüsusi təqaüdə layiq görülməsi haqqında sərəncam imzalayıb.

Publika.az-ın xəbərinə görə, sərəncamda qeyd edilir ki, musiqi sahəsində xüsusi istedadı olan aşağıdakı şəxslərin adları Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na yazılsın və onlar xüsusi aylıq təqaüdə layiq görülsünlər:

Behbudov Rəşid Ələddin oğlu – Bülbül adına orta ixtisas musiqi məktəbinin şagirdi

İsmayılova Nərminə Zahid qızı – Bülbül adına orta ixtisas musiqi məktəbinin şagirdi.

***

Dövlət başçısı Azərbaycan Respublikasının idman mütəxəssislərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında da sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, Azərbaycanda bədən tərbiyəsi və idmanın inkişafında xüsusi xidmətləri olan aşağıdakı şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin:

Əzimov Abas Əzim oğlu

Məmmədyarov Qəhrəman Müslüm oğlu

Azərbaycan Respublikasının Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/resmixronika/180769.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR