Şimal dənizində çalışan neft-qaz sənayesi işçilərinin sağlamlıq və təhlükəsizliyi ilə basğlı sorğu keçirilib

Şimal dənizində çalışan neft-qaz sənayesi işçilərinin sağlamlıq və təhlükəsizliyi ilə basğlı sorğu keçirilib
19:07 21 Dekabr 2016
Ölkə mətbuatı
A- A+

2Bakı. 21 dekabr. REPORT.AZ/ “Unite” Həmkarlar İttifaqının sorğusuna əsasən, Şimal dənizinin Böyük Britaniya hissəsində çalışan işçilərin son altı ayda ofşor neft-qaz sənayesində sağlamlıq və təhlükəsizlik standartlarına əməl etmə səviyyəsi aşağı düşüb.
“Report”un xarici KİV-ə istinadən verdiyi xəbərə görə, sorğu 700-dən çox ofşor işçisi arasında neft-qaz sektorunda sağlamlıq və təhlükəsizlik vəziyyəti ilə bağlı keçirilib.
Sorğunun nəticələrinə əsasən, iştirak edənlərin 58%-dən çoxu standartların gerilədiyini bildirsə də, 38% dəyişməz qaldığını qeyd edib. Yalnız 3%-dən çoxu təkmilləşmə olmasını söyləyib.
Bundan başqa, respondentlərin 38,5%-i işdən qovulma təhlükəsi olduğuna görə qəza haqqında danışmaq istəməyib.
Sorğunun nəticələrinin elan edilməsindən sonra “Unite” korrupsiya və qanunsuz fəaliyyətin müəyyənləşdirilməsi üzrə qaynar xəttin yaradılması çağırışını edib.

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/simal-denizinde-calisan-neft-qaz-senayesi-iscilerinin-saglamliq-ve-tehlukesizliyi-ile-basgli-sorgu

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR