Azərbaycan Kubokunun yarımfinalçıları müəyyənləşib

Azərbaycan Kubokunun yarımfinalçıları müəyyənləşib
19:07 21 Dekabr 2016
76 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 21 dekabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Kubokunun yarımfinal mərhələsinin bütün iştirakçıları müəyyənləşib.
"Report"un məlumatına görə, 1/4 final mərhələsinin son oyununda "Neftçi" və "Zirə" komandaları münasibətlərinə aydınlıq gətirib.
"Bakcell Arena"da keçirilən qarşılaşmaya qonaqlar üstün başlayıb. Hücumların sayını artıran "Zirə" maçtın 32-ci dəqiqəsində istəyinə çatıb. Milan Duriç topu qapıya göndərib. Buraxılan qoldan sonra hücuma atılan "Neftçi" 8 dəqiqə sonra istəyinə çatıb. "Ağ-qaralar"ın heyətində Rahil Məmmədov fərqlənib. İkinci hissəsində də qonaqlar fərqlənib. Tural Cəlilov 85-ci dəqiqədə komandasına qələbə qazandıran qolun müəllifi olub.
Görüş 1:2 hesabı ilə başa çatıb.
İlk oyunda 3:0 hesablı qələbə qazanan "Neftçi" məğlubiyyətə baxmayaraq, iki oyunun nəticəsinə görə, adını yarımfinala yazdırıb. Bakı təmsilçisinin yarımfinaldakı rəqibi "Qarabağ" klubu olacaq. İlk oyun "Bakcell Arena"da keçiriləcək.
Yarımfinalın digər oyununa isə "İnter" və "Qəbələ" komandaları qarşılaşacaq. İlk oyunda meydan sahibi qismində "bankirlər" çıxış edəcək.
Qeyd edək ki, yarımfinal oyunları 2017-ci il martın 30-da və aprelin 5-də olacaq.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/azerbaycan-kubokunun-yarimfinalcilari

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR